• Bz. Dek 1st, 2024

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır

ByVuqar Ferzeliyev

Noy 14, 2024

          Hazırda bəşəriyyətin qarşısında duran ən aktual məsələ iqlim dəyişikliyi ilə bağlıdır: Əsas məsələ ekoloji tarazlığın pozulmasının, atmosferin çirklənməsinin qarşısının alınmasıdır ki, özünə hörmət edən, yaşadığı dünyanın problemlərindən narahat olan hər bir dövlət çalışır ki, öz töhfəsini versin. BMT üzvü olan ölkələrin əksəriyyəti bu proqramda iştirak edir.

        COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin apardığı siyasətin qələbəsidir ki, belə mötəbər, beynəlxalq platforma Bakı şəhərində təşkil edilib. və xeyli sayda dövlət və hökumət başçıları, ümumilikdə 72 mindən çox xarici qonaq  ölkəmizə səfər edib.

       Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un
Liderlər Sammitinin açılış mərasimindəki çıxışıda göstərildiyi kimi,  COP29 konfransının Bakıda keçirilməsi ilə bağlı qərarın beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olması ilə bağlıdır. Başqa sözlə desək ölkəmizin COP29 konfransına ev sahibliyi yekdil qərarla təsdiqlənib. Dünya birliyinin bu qərara imza atması bir daha onu göstərdi ki, bizə qarşı
irəli sürülmüş ittihamların heç bir əsası yoxdur.

       Prezident İlham Əliyevin   bəyan etdiyi kimi Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri həyata keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Beynəlxalq birlik də bu həqiqəti, bu reallığı qəbul edir. Hətta Ermənistan da artıq bu vəziyyətlə barışıb və COP29 konfransına ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsi də bunun bariz göstəricisidir.

      Bu isə təsadüfi deyil və bir sıra amillərlə bağlıdır. Bu amillərdən biri ölkəmizin beynəlxaql tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsinin olmasıdır. Azərbaycan son illərdə beynəlxalq miqyasda bir çox siyasi, humanitar, elmi, mədəni, idman tədbirlərinə uğurla ev sahibliyi edib və kifayət qədər zəngin təşkilatçılıq təcrübəsi var. Bu mənada Bakının COP29-un tələblərinə və standartlarına da cavab verməsi bu gün heç kimdə şübhə doğurmur.

      Artıq Azərbaycanda günəş və külək elektrik stansiyalarının tikintisi geniş vüsət alır, istehsal edilən elektrik enerjisinin həcmində alternativ enerjinin faizi günü-gündəj artır. Bu məsələdə Azərbaycan həm öz, həm də xarici ölkələrin müsbət təcrübəsinə söykənir. Bu da təbii ki, Azərbaycanın daha da çox reklam olunmasına, müsbət tərəfdən daha da tanınmasına, dünyaya açılmasına xidmət edən bir faktordur. Azərbaycan xalqı fəxr etməlidir ki, bizim 2020-ci ildə əldə etdiyimiz tarixi qələbədən, ərazi bütövlüyümüzü tam bərpa etdikdən, Xankəndinə bayrağımızı sancdıqdan sonra bu da diplomatik müstəvidə əldə olunan böyük, möhtəşəm bir qələbədir.

Nəbi İsgəndərov,

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar

İttifaqı Cəlilabad rayon Komitəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir