• C. Noy 29th, 2024

Azərbaycan öz milli maraqlarını təmin etməyə çalışır

ByVuqar Ferzeliyev

Fev 5, 2024

Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışında  regionda yaranmış siyasi durum, sülh prosesinin nizamlanması və digər problemlər barəsində çox mühüm mesajlar verilmişdir. Göstərilmişdir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.

 Antiterror tədbirləri qaçılmaz idi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur.

         Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır.

         Erməni siyasətinin hiyləgərliyi göz önündədir. Son vaxtlar baş verənlər və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün təxribat xarakterli hərəkətləri Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb. Onların nümayiş etdirdiyi bu ağılsız davranışlar məkrli niyyətlərini həyata keçirmək üçün göstərdikləri son çabalamalar kimi də qiymətləndirilə bilər. Bu xain xislətlilərin sülhə mane olmaq üçün üzərlərinə götürdükləri öhdəlikləri hər vəchlə yubatmağa çalışmaları təxribatçı əməlləri buna misaldır. Ermənistanın yeganə çıxış yolu sülhə gəlməkdir.

       Bir sözlə, Azərbaycan hər zaman öz milli maraq və mənafelərini qətiyyətlə təmin edir. Hesab edirəm ki, Azərbaycan Ermənistanın nazıyla oynamamalıdır. Dünya birliyini, nüfuzlu beynəlxalq təşkilatları regionda sülhün təmin olunmasına qarşı yönələn bu cür pozuculuq fəaliyyətini görməzdən gəlməməyə, sülhə, dinc yanaşı yaşamağa mane olan təxribatların qarşısını almaq məqsədilə real fəaliyyət göstərməyə bir daha dəvət edirik. Ermənistan dərhal sülh danışıqları masasına qayıtmalıdır. Azərbaycan öz suverenliyini qorumalıdır. Hər birimiz bu məsələdə dövlətimizin yanındayıq.

Mirfaiq Azadov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir