• Ça. May 13th, 2025

Azərbaycan-Pakistan münasibətlərinin yeni inkişaf dövrü

ByVuqar Ferzeliyev

Fev 26, 2025

        Fevralın 24-də Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin imzalanması, Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən mətbuat mərasimində verilmiş bəyanatlar, hər iki dövləti səmimi və sağlam münasibətləri qürur doğuran hallardır. Bu da səbəbsiz deyildir, hər iki qardaş ölkə  və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli,həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir vəəlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

       Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci ildekabrın 12-si) dövlətlərdən biri olub.İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmindövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünküstrateji müttəfiqlik səviyyəsinə yüksəlib.

       1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə
Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildədəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görəonunla diplomatik münasibətlər mqurmayıb.1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.

         İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında KasablankadaPakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Biz çox məmnunuq ki, siyasi sahədə ikitərəfli münasibətlərimiz müstəsna səviyyədədir. Eyni zamanda, biz təəssüfləndik ki, ikitərəfli ticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bu gün artıq verilən mesajlar, bizim müzakirələrimiz daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal əməkdaşlıq olsun və ticarətimiz artsın. Bizim bunda marağımız var və biz hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxili olsunlar. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır.

İslam İsgəndərov,

Cəlilabad şəhər kommunal müəssisələri

kombinatın direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir