• Ça. May 13th, 2025

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli münasibətlər

ByVuqar Ferzeliyev

Fev 26, 2025

Azərbaycan və Pakistan arasında ümumi maraqlara və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərinin uzun tarixi var. Bu strateji münasibət siyasi, iqtisadi, hərbi və mədəni-humanitar sahələri əhatə edir. Yüksək səviyyəli müntəzəm səfərlər və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm sazişlərin imzalanması ilə möhkəmlənməkdə davam edir. Bu mənada Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin son səfəri də ikitərəfli münasibətlərin inkişafı baxımdan xüsusi maraq doğurur. Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və bu ölkənin ali siyasi rəhbərliyi ilə etimad münasibətlərini yüksək səviyyədə saxlayır. Bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynayır. Bu da təsadüfi deyil, siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəal xarici siyasət yürüdən Bakı Pakistana Cənubi Asiya regionunda özünün əsas strateji tərəfdaşlarından biri kimi baxır. İki ölkə beynəlxalq arenada birgə işləyir, müxtəlif qlobal və regional məsələlərdə bir-birini dəstəkləyir. Pakistan Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana davamlı dəstək göstərir, Azərbaycan da qardaş ölkəyə öz dəstəyini əsirgəmir. Qarşılıqlı dəstək Azərbaycan-Pakistan münasibətlərini möhkəmləndirir, strateji tərəfdaşlığın inkişafına töhfə verir. Bu fəal siyasətin nəticəsidir ki, bu gün Pakistan Azərbaycanın ən sadiq müttəfiqlərindən biri sayılır. Bu əlaqələr həm də ticarət, iqtisadiyyat, enerji və hərbi əməkdaşlıq kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki ölkənin imzaladığı bir çox anlaşma memorandumları ilə və sazişlərlə möhkəmlənir. Məsələn, birgə hərbi təlimlər və müdafiə sahəsində təcrübə mübadiləsi ölkələr arasında yüksək etimadı nümayiş etdirir. İftixarla qeyd etmək olar ki, möhkəm təməllər üzərində qurulan Azərbaycan – Pakistan qardaşlığı digər ölkələr üçün nümünədir. Cənab baş nazirin qeyd etdiyi kimi dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olub. Bu əfsanəvi dostluq zirvəsinin yaranmasında Prezident İlham Əliyevin dosta sevgi, düşmənə güzəştsiz xarici siyasəti müstəsna əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Pakistan münasibətləri dünya  ölkələri üçün birlik və bərabərlik kontekstində qurulan əməkdaşlıq kimi dünyaya sülh çağırışıdır.

Sürəyya Zeynalova

Saatlı Tarix-Diyarşünaslıq muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir