• Ca. Fev 20th, 2025

Azərbaycan-Somali əməkdaşlığı yeni mərhələdə

ByVuqar Ferzeliyev

Fev 14, 2025

       Somali Prezidentinin səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Həmçinin Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumları və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində və Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sazişlərin mübadiləsi olub.  Azərbaycan Prezidenti İlham Əliyev və Somali Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatla çıxış ediblər.

       Qeyd olunub ki, Azərbaycan ilə Somali arasında diplomatik əlaqələrin qurulduğu 2004-cü ildən ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. İki ölkə arasında müxtəlif istiqamətlər, o cümlədən kənd təsərrüfatı, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev mətbuata bəyanatında səfəri tarixi səfər kimi dəyərləndirərək belə bir əminliyi ifadə etdi ki, ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açılacaq.

       İkitərəfli əlaqələr, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində son dövrlərdə əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu əməkdaşlıq Bakıda keçirilən COP29 konfrası çərçivəsində daha da möhkəmlənmişdir. Konfrans zamanı Somali Prezidenti Həsən Şeyx Mahmudun Azərbaycana səfəri və konfransda iştirakı, iki ölkə arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm addım olmuşdur. Bu səfər çərçivəsində Azərbaycan və Somali liderləri arasında keçirilən görüşlər, ikitərəfli münasibətlərin inkişafına əlavə təkan vermişdir. Prezident İlham Əliyev və Prezident Hasan Şeyx Mahmudun görüşü zamanı qarşılıqlı dəstək və əməkdaşlıq məsələləri müzakirə olunmuş və bu istiqamətdə konkret addımlar atılması qərara alınmışdır.

Rahib Kərimov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir