• C. Noy 22nd, 2024

Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır

ByVuqar Ferzeliyev

May 24, 2024

       Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu baxımdan, Tacikistanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur.

      Tacikistan Prezidenti Emaməli Rahmonun dövlət səfəri Azərbaycana səfəri bir daha göstərdi ki, hər iki ölkə bölgədə həyata keçirilən möhtəşəm layihələrə maraq göstərir. Azərbaycan və Tacikistan prezidentləri arasında Bakıda keçirilmiş görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra yeni təşəbbüslər irəli sürülüb.

       Səfər zamanı dövlət başçılarının verdikləri bəyanatlarda bildirildi ki, hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Mərkəzi Asiyanın  və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkələri kimi, davamlı əməkdaşlıq etmək hər iki dövlətin maraqlarına uyğundur. Digər tərəfdən, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Tacikistanın Azərbaycana, AZərbaycanın Tacikistana  dost mövqeləri hər zaman göz qarşısında olub.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Həm Prezident Rəhmon, həm də Ulu öndər Heydər Əliyev ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.

 Prezident İlham Əliyev bəyan edib ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.  Dövlətlərimizin ikitərəfli münasibətlərində mühüm irəliləyiş var. Biz Prezident Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Tacikistan sosial-iqtisadi inkişaf məsələlərini uğurla həll edir, ölkənin beynəlxalq nüfuzu artır, dayanıqlı, sabit inkişafa, mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış edir. Biz dost ölkənin uğurlarına sevinirik və əminik ki, Tacikistan bundan sonra da inkişaf və tərəqqi yolunda bəhrələr verəcək.

Bir sözlə, səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İnanırıq ki, bu dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq.

Elxan Xudaşlı,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir