Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu gün Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda bir yerdəyik. Baş nazir İrakli Koxabidzenin 17 yanvar tarixində Azərbaycana səfəri zamanı mətbuata verilən bəyanatlarda bu məsələ ətraflı şərh edilib.
Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. 2022-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş münasibətlərimizin 30-cu ildönümü qeyd olunub..İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.
Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri müntəzəm xarakter daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər etmişdir. Son rəsmi səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata keçmişdir; Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 (1 rəsmi, 1 işgüzar) səfər etmişdir. Rəsmi səfər 27-28 fevral 2019-cu ildə, işgüzar səfər (IX Qlobal Bakı Forumunda iştirak) isə 16 iyun 2022-ci ildə baş tutmuşdur.
26 oktyabr 2023-cü ildə Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfər etmişdir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 5 may 2021-ci ildə Azərbaycana rəsmi, 29 sentyabr 2022-ci, 7 aprel və 24 noyabr 2023-cü illərdə isə işgüzar səfərlər etmişdir. Baş nazir İrakli Kobaxidze COP29-da iştirak etmək məqsədilə 11 noyabr 2024-cü il tarixində Azərbaycanda işgüzar səfərdə olmuşdur. 16 iyul 2022-ci ildə və 27 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana rəsmi səfəri baş tutmuşdur. Parlamentlərarası əlaqələr getdikcə möhkəmlənir. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupu mövcuddur. Bu səfərlər zamanı müqavilə-hüquq bazası xeyli möhkəmlənmiş, iki ölkə arasında 123 sənəd imzalanmışdır.
Dediklərimiz sübut edir ki, mövcud münasibətlər çox şaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib.
Elxan Xudaşlı,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı