• Şb. Apr 19th, 2025

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhə və  təhlükəsizliyə öz töhfəsini verir

ByVuqar Ferzeliyev

Apr 17, 2025

        Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Bakıya rəsmi səfəri bir daha göstərdi ki, Gürcüstan-Azərbaycan münasibətləri Cənubi Qafqazda regional siyasətə və təhlükəsizliyə təsir edən əsas amillərdən biridir. Bakı və Tbilisi arasında ikitərəfli əlaqələr iki ölkə arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrində, xüsusilə iqtisadi, ticarət, kommunikasiya və enerji layihələrinin həyata keçirilməsində özünü göstərir. Bu ölkələrin regional siyasətin bir sıra məsələlərinə, etnosiyasi münaqişələrin həllinə, xarici aktorların cəlb edilməsinə yanaşmaları bir çox cəhətdən oxşardır. Mühüm aspekt üçüncü tərəf olan Türkiyənin ikitərəfli Gürcüstan-Azərbaycan münasibətlərinə cəlb olunmasıdır ki, bu da hətta Cənubi Qafqazda bir növ “geosiyasi üçbucaq” ın yaranmasına gətirib çıxarıb. Eyni zamanda, bu münasibətlərdən qarşılıqlı öhdəlikləri nəzərdə tutan rəsmiləşmiş, tam siyasi və daha çox hərbi-siyasi ittifaq kimi danışmaq da mümkündür.

        Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.

Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməklə yanaşı, regional təhlükəsizlik məsələlərində də oxşar mövqedən çıxış edirlər. Azərbaycanın xüsusilə Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsində göstərdiyi açıq dəstək bu tərəfdaşlığın həm siyasi, həm də mənəvi cəhətdən nə qədər güclü olduğunu sübut edir. Azərbaycanın bu məsələdə prinsipial mövqeyi və beynəlxalq hüquqa əsaslanan yanaşması həmrəylik nümayiş etdirir.

Hər iki ölkə terrorizm, transmilli cinayət və digər təhlükəsizlik təhdidləri ilə mübarizədə fəal əməkdaşlıq edir. Birgə regional təhlükəsizlik layihələri və hərbi təlimlər tərəfdaşlığın praktiki sahədə də gücləndiyini göstərir. Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm elementdir. Bu əlaqələr regional sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, iki ölkənin beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Bu əməkdaşlıq ümumi maraqlara və dəyərlərə əsaslanan uzunmüddətli tərəfdaşlığın parlaq nümunəsidir.

Prezidentlərin görüşləri zamanı aparılmış müzakirələr bir daha göstərdi ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir. Prezidentimiz növbəti dəfə bəyan edib ki, bizim prinsiplərimiz aydındır. Əgər bu prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır.

Yasər Muradov,

Cəlilabad RİH-nin şöbə müdirin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir