• C. Okt 18th, 2024

Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix

ByVuqar Ferzeliyev

Okt 16, 2024

   Böyük qələbəmizin Zəfər akkordu olan 15 oktyabr tarixli Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırılması tariximizin ən şanlı səhifəsidir. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edəcək. Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə dalğalanacaq.
Prezident İlham Əliyev tarixi çıxışında son 20 il ərzində əldə edilmiş uğurlar barədə danışaraq bizim iqtisadiyyatımız dörd dəfədən çox artmasını, əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordu olmasını xüsusi qeyd edib.
    Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik.
Ulu öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyindəyaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.
Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günəqədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.
Əvvəllər Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar.
   Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq. Hələ bundan sonrakı nəsillər Heydər Əliyev dühasının işığı ilə nurlanacaqdır.

Gülüşova Ləman

Saatlı şəhər Bülbül adına UMM-nin nəzəriyyə müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir