• Şb. Dek 6th, 2025

Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.

ByVuqar Ferzeliyev

Noy 14, 2025

   Mən tam əminəm ki, bundan sonra mərkəzdən yerlərə qanunsuz, hüquqa zidd tapşırıqlar verilməyəcək. Keçmişdə belə hallar olub və həmin qanunsuz göstərişləri verən, şəxsi mənfəət üçün dövlət resurslarından istifadə edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bu, dövlətin ədalət mexanizminin işini və heç kimin qanundan üstün olmadığını bir daha sübut edir.

   Təəssüf ki, müəyyən dövrlərdə torpaqlardan səmərəsiz istifadə, torpaqların qanunsuz zəbt edilməsi, kateqoriyalarının saxta yollarla dəyişdirilməsi kimi hallara rast gəlinmişdi. Əkin-biçin üçün yararlı olan məhsuldar torpaqlarda bəzi məmurlar şəxsi məqsədləri üçün imarətlər tikmiş, sərvəti qeyri-qanuni şəkildə artırmağa çalışmışlar. Bu cür hərəkətlər həm hüquqa, həm də xalqın mənafeyinə ziddir. Dövlətimizin torpaq siyasəti şəffaf və ədalətlidir; torpaq xalqın, fermerin hüququdur və o, vətəndaşların rifahı üçün istifadə olunmalıdır.

   Eyni zamanda qeyd etməliyəm ki, yerlərdə bəzən məcburiyyət altında qanunsuz göstərişləri icra edənlər də olub. Bu şəxslərin vəziyyəti və məsuliyyəti fərqli yanaşma tələb edir — qanun pozuntularına yol vermiş şəxslər müəyyən edilməli, lazım gələrsə məsuliyyətə cəlb olunmalı, lakin onlarla iş aparılarkən hər bir halın şəraiti nəzərdən keçirilməlidir. Bununla belə, bəzi hallarda bu qanunsuzluqların kökündə mərkəzdə vəzifə sahibi olan, harınlamış, acgöz maraqlara sahib şəxslərin göstərişləri dayanırdı. Belə halların kökünü kəsmək üçün tam şəffaflıq, sərt nəzarət və qətiyyətli tədbirlər zəruridir.

   Hazırda aparılan sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində vəziyyət nəzərəçarpacaq dərəcədə düzəlir. İdarəçilik sistemində islahatlar, kadr seçimində şəffaflıq və etik prinsiplərin bərqərar olunması ilə bağlı atılan addımların nəticəsi artıq görünür. Buna görə mən inanıram ki, sizə bundan sonra heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimlərsə belə göstərişlərlə çıxış edərsə və ya belə halların şahidi olsanız, dərhal mənə və aidiyyəti orqanlara məlumat verin. Belə məlumatlar operativ araşdırılacaq və qanunu pozanlar haqqında ciddi tədbirlər görüləcək.

   Mənim əsas tələbim odur ki, hər bir rəhbər məmur öz vəzifəsini vicdanla yerinə yetirsin: vətəndaşların hüquqlarına hörmət etsin, dövlət mənafeyini şəxsi mənfəətdən üstün tutsun, şəffaflıq və hesabatlılıq prinsiplərini qorusun. Dövlətimiz güclü olmalıdır — güclü olan isə ədalətlidir. Kim qanunu pozursa, onun qarşısında qanun olacaq; kim isə dövlətə və xalqa xidmət edirsə, onun əməyinə dəyər veriləcək.

Telman Ağayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru