• Ca. Noy 21st, 2024

Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq.

ByVuqar Ferzeliyev

May 27, 2024

Artıq Azərbaycan beynəlxalq aləmdə sabitlik məkanı imicini qazanmışdır. Elə buna görə də əksər nüfuzlu beynəlxalq qurumlar öz tədbirlərini Azərbaycanımızda keçirməyə önəm verirlər. Artıq dövlətmiz bu sahədə lazımi səviyyədə təcrübə əldə etmişdir. Son illər Bakıda önəmli beynəlxalq tədbirlərin qeyd edilməsi fasiləsiz xarakter almasının da əsas səbəblərindən biri təhlükəsizliyin tam təmin olunması və insidentsiz sonlanmasıdır. İşğaldan azad edilmiş Şuşa şəhəri də nüfuzlu tədbirlərin keçirilməsinə qucaq açıb. Belə tədbirlərin iştirakçıları özlərini Azərbaycanda daha çox rahat hiss edirlər. Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində də bunu xüsusi vurğulayıb.

Bu ilin sonunda ölkəmizdə daha bir vacib tədbirin keçirilməsi qərara alınmışdır. Əlbətdə ki, söhbət COP29-dan gedir. Bu tədbirin respublikamızda keçirilməsi siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir. Hazırda bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görülür və təmiz ətraf mühitin formalaşması istiqamətində əhəmiyyətli işlər görülür. COP29-un ölkəmizin “yaşıl enerji” siyasətinə verdiyi töhfələr çox önəmli olacaq.

Azərbaycanda COP29-un tədbiri zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Prezidentimizin sözləri ilə desək Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün biz birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqdır.

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir