• C. Noy 22nd, 2024

Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil

ByVuqar Ferzeliyev

İyl 23, 2024

         “Avropa  Siyasi   Birliyi”nin  hökumətlərarası  təşkilata həm  Avropa  İttifaqı  ölkələri, həm də  Avropa     İttifaqı üzvü  olmayan  digər  dövlətlər daxildir. Birliyin məqsədi  ümumi  maraq doğuran  məsələlərin  həlli  üçün    siyasi dialoqu və  əməkdaşlığı  inkişaf etdirmək, Avropa  qitəsinin   təhlükəsizliyini, sabitliyini  və rifahını  gücləndirməkdir.    Avropa  Siyasi  Birliyinin  ilk  zirvə  toplantıs ı 2022-ci ilin  oktyabrında  Çexiyanın paytaxtı  Praqada  keçirilib. 44 ölkənin  dövlət və  hökumət  başçılarının  iştirak  etdiyi sammit Avropa  ölkələrinin  liderlərini  bərabər hüquqlu və birlik ruhunda bir araya gətirib. Toplantı  ərzində  liderlər   müxtəlif fikir  mübadilələri  zamanı      sülh və  təhlükəsizlik, iqtisadi   vəziyyət, enerji və iqlim, miqrasiya və  hərəkətlilik  məsələlərini  müzakirə ediblər    Zirvə toplantısı çərçivəsində Prezident cənab İlham Əliyevin dövlət və hökumət başçıları  ilə  görüşləri  də baş  tutdu. Diqqətçəkən  məqam  isə odur ki,  görüşlər qarşı tərəflərin  istəkləri  əsasında  gerçəkləşdi. Bu da onu göstərir ki, dünyada etibarlı, güvənli və  vacib tərəfdaş  statusunu   qazanan, nəhəng və faydalı  layihələr  icra  edən ölkəmizlə   əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha  da genişləndirmək  istəyən dövlətlərin sayı durmadan artır.

         Moldovanın paytaxtı Kişineuda “Avropa Siyasi Birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji  təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparıblar. Həmin il oktyarbr ayının 5-də isə İspaniyanın Qranada şəhərində “Avropa Siyasi Birliyi” 3-cü Zirvə toplantısı keçirilib. 51 ölkənin iştirakı ilə real-laşan sammitdə Avropanın gələcəyi müzakirə edilib. Avropa İttifaqı bildirir ki, “Avropa Siyasi Birliyi” genişlənmə prosesini əvəzləmək və ya ləngitmək niyyəti daşımır, eyni zamanda orada yer alan ölkələrin nə vaxtsa mütləq Avropa İttifaqı üzvü olacağı anlamına gəlmir. Bu platforma Avropanın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional və ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəsmi və sərbəst mühit yaratmaq məqsədi daşıyır. Qərbi Balkan ölkələri, “Şərq Tərəfdaşlığı” ölkələri və Avropa İttifaqı ilə yaxın münasibətləri olan digər Avropa ölkələri də birliyin iştirakçısı ola bilərlər.

Nazim  Fərəcov

Saatlı Rayon Rəsm Qalereyasının əməkdaşı 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir