• C. Fev 6th, 2026

Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi

ByVuqar Ferzeliyev

Fev 6, 2026
     Birləşmiş Ərəb Əmirlikləri tərəfindən cənab Prezident İlham Əliyevin layiq görüldüyü Şeyx Zayed Fondunun mükafatı böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunun rəmzidir. Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir.
     Bu mükafat öz prestiji, beynəlxalq əhatə dairəsi və seçim meyarlarının ciddiliyi ilə seçilir. Təltifetmə mərasimində iştirak edən nüfuzlu şəxslərin çıxışlarında Prezident İlham Əliyevin siyasi liderliyi, uzaqgörənliyi və qlobal proseslərə verdiyi töhfələr xüsusi vurğulanmışdır. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunə olduğu qeyd edilmişdir.
    Şeyx Zayed Fondunun mükafatı 30 illik münaqişənin həllinə nail olmuş, Böyük Qələbəni sülh təşəbbüsü ilə tamamlamış, regional əməkdaşlıq və dialoq yolunu seçmiş liderin fəaliyyətinə beynəlxalq qiymətdir. Bu hadisə göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti yalnız milli miqyasda deyil, qlobal sülh və sabitlik kontekstində də əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin fəaliyyətinin növbəti mərhələsi dayanıqlı sülhün hüquqi təminatı, azad edilmiş ərazilərin bərpası və reinteqrasiyası, regional iqtisadi mərkəzə çevrilmə, üzərində qurulub.
    Bu gün bölgədə baş verən proseslər göstərir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və qonşu ölkələrlə münasibətlərin normallaşması üçün real zəmin formalaşdırır. Sülh prosesinin davamı olaraq Azərbaycan və Ermənistan arasında ticari-iqtisadi münasibətlər mərhələli şəkildə inkişaf edir. Ermənistana göndərilən məhsulların Azərbaycan ərazisi vasitəsilə daşınması ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi artan rolunu bir daha nümayiş etdirir. Eyni zamanda, vətəndaş cəmiyyəti səviyyəsində dialoqun davam etdirilməsi və etimad quruculuğu istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir və bu prosesin davam etdirilməsinin zəruriliyi xüsusi vurğulanır.
   Möhtərəm prezidentimizi yüksək mükafat münasibətilə təbrik edirik, sülhün bərqərar edilməsində yeni uğurlar arzu edirik.

                                                                                    Münasib Həsənov,
                                                                    Cəlilabad RİH-nin əməkdaşı