Bu gün Azərbaycanın Qoşulmama Hərəkatının nüfuzunu artıran beynəlxalq təşəbbüsləri getdikcə artır və lazımi səmərə verməkdədir. Hərəkata Sədrliyi dövründə Azərbaycan digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.
Qürur hissi ilə qeyd etmək lazımdır ki, ulu öndərimizin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur. Bunlardan biri də Qoşulmama Hərəkatında nüfuzlu şəkildə təmsil olunmaqla bağlıdır. Bu beynəlxalq təşkilatla sıx əməkdaşlıq xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini, ölkənin milli təhlükəsizliyinin təmin edilməsini müəyyənləşdirir.
Son videoformatda Prezidentin dərin məzmunlu çıxışı bir daha göstərdi ki, bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Ölkəmizin xarici siyasətdə əsas götürdüyü prioritetlər də məhz xalqımızın milli mənafeyinə xidmət edir. Qərb siyasi dairələri də artıq etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkünsüzdür. Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların fəal üzvü və qurucusudur: dövlətimiz Qoşulmama Hərəkatının, BMT, ATƏT, Avropa Şurasının üzvü, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların fəal iştirakçısıdır. Ölkəmiz eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biridir. Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin etimadını qazanmasını məmnunluq hissi ilə diqqətə çatdıraraq bildirib: “Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi”. Prezident öz çıxışında ölkəmizin xarici siyasət kursunun uğurlarından danışarkən deyib ki, xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Hətta müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır, artıq əsassız ittihamlar da aradan qaldırılıb. Müharibə dövrü və müharibədən sonrakı dövr bir daha göstərdi ki, bu, çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Artıq bu iradlar da yoxdur. Ermənistan isə özünü təcrid etdi, yəni, biz onları regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdik, onların iqtisadiyyatını çökdürdük. Bunu qürur hissi ilə deyə bilərik, bunu hər bir müstəqil iqtisadi ekspert deyə bilər ki, bunun əsas faktoru bizik, Ermənistanı qeyri-müəyyən bir ölkəyə, qeyri-sabit və gələcəyi olmayan ölkə kimi təqdim etdik. İqtisadi çətinliklər artdıqca oradan köç daha da geniş vüsət aldı, demoqrafik problemlər yarandı və bu, özlüyündə iqtisadi bazarın daralmasına gətirib çıxardı. Bütün bunlar möhtərəm Prezidentimizin öz xalqı qarşısında layiqli xidmətləridir. Xalqımızın lideri ətrafınızda sıx birləşərək bundan sonra da onların hər bir məsləhət və tösiyələrinə dəstək verəcəyik.
Azər İbişov, fəal gənc