• Ç. Dek 25th, 2024

Azərbaycanın idman şöhrəti  getdikcə artır

ByVuqar Ferzeliyev

Dek 24, 2024

         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür, Azərbaycanı inkişafa doğru aparır, ilk növbədə gənclərimizə aiddir. Azərbaycan gəncləri öz əməyi ilə ölkəmizi gücləndirir. Prezidentin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

        1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu sübut etdi. Aparılan möhtəşəm tədbirlər öz bəhrələrini verməkdədir. Azərbaycan gəncləri, idmançılarımız ölkənin gündən-günə ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. İdmançılarımız Azərbaycanı beynəlxalq olimpiadalarda və idman yarışlarında ölkəmizi ləyaqətlə təmsil ediblər. Deməli, bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir.

          Unutmayaq ki, Vətən müharibəsində torpaq uğrunda irəli gedənlərin əksəriyyəti gənclər idi. Son illərdə elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Biz iftixarla söyləyə bilərik ki, qalib gənclərimiz həm də yüksək idmançı keyfiyyətlərinə malik olmuşlar, hazırda dinc yarış meydanlarında nümunə göstərirlər.

        İdman uğurlarımız vətənpərvərliyi gücləndirən amildir. Xalqa, onun onun gücü və qüvvəsi gənclərə  güvən əsasında qurulmuş və gələcəyə hesablanmış                         effektiv idman dövlət siyasəti  yeni-yeni uğurların qazanılmasına xidmət edir.       

      Əziz və hörmətli Prezidenimiz! Biz gənclər bütün hallarda Cizin hamilik qayğınızı hiss etmişik, diqqətinizdən olduqca razıyıq. Ad gününüzü ürəkdən təbrik edirik. Sizi möhkəm əmin edirik ki, bədən tərbiyəsi və idman sahəsində daha uca zirvələr fəth edəcəyik.

                                                                                               Kamran Əsgərzadə,                                                                   Cəlilabad şəhər sakini, İdman ustası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir