• Şb. Noy 23rd, 2024

AZƏRBAYCANIN İQTİSADİ QÜDRƏTİ ARTIR,
QAZ İXRACI İMKANLARIMIZ YETƏRİNCƏDİR

Byyenigun

Dek 18, 2021

İspaniyanın El Pais suallarına cavablandıran Prezident İlham Əliyev qaz ixracının gələcək illərlə bağlı hədəflərini də açıqladı. İqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işlər görülür. Ümumi daxili məhsulun strukturunda neft və qaz amili 50 faizdən aşağıdır. Buna baxmayaraq, Azərbaycan neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb etdirir. XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi. Bu layihə üzrə ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Cari ildə artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qazın ixrac edilməsi planlaşdırılır.
Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2.6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq. Azərbaycan təchiz etdiyi qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Azərbaycanın Avropaya qaz ixracı rəqabət təşkil etmir. Ölkəmiz üçün bu, bir kommersiya layihəsidir. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi artıb. Azərbaycanın qazı Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Azərbaycanın qazı Avropaya nəql edildiyindən ölkəmiz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcək.
Hazırda, yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Belə hesab edirik ki, Prezidentin müsahibəsində səslənən dəqiq faktlar və rəqəmlər Avropalı istehlakçılar və bizim üçün, o cümlədən, şirkətlər və hər kəs üçün enerji təhlükəsizliyi baxımından faydalıdır.
Ələkbər Dövlətov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir