• Ça. Noy 26th, 2024

Azərbaycanın potensialı kifayət qədər genişdir

ByVuqar Ferzeliyev

May 9, 2024

       Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ölkəmizə rəsmi səfər edib. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edib. Dövlətimizin başçısı deyib ki, Azərbaycanla Respublikası ilə Bolqarıstan Respublikası arasında hər zaman mövcud ikitərəfli əlaqələr olub. İki ölkə arasındakı diplomatik əlaqələr 1992-ci ildən qurulmuşdur. Bolqarıstan son iki ildə Azərbaycana dördüncü səfərini edir və bu, çox yaxşı haldır. Çünki yüksək səviyyəli siyasi təmaslar qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaradır.

        Dövlətimizin başçısı Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimizin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirib, qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından dostluq qruplarının birgə fəaliyyətinin önəmini vurğulayıb.

       Bundan başqa, görüşdə enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyəti və potensialı vurğulanıb. Belə ki, Azərbaycan qazının Bolqarıstana çatdırılmasında və alınmasında Bolqarıstan tərəfi çox maraqlıdır.

        Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək,  beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaztəchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial isə kifayət qədər genişdir.

       Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.

       Nəqliyyat sahəsi önəmli əməkdaşlıq istiqamətidir. Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.

Nizami İsmayılov,

Cəlilabad rayon Günəşli kənd

1 nömrəli tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir