• Ça. Apr 15th, 2025

Azərbaycanın qlobal sülhə töhfə verməyə sadiqdir

ByVuqar Ferzeliyev

Apr 10, 2025

       ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum Azərbaycanın yeni qlobal düzənin formalaşmasında fəal iştirak edən subyekt kimi mövqeyini konseptual və simvolik şəkildə ortaya qoyan siyasi tədbir cayıla bilər. Prezident sülhyaratma, beynəlxalq davranış məsələlərindən bəhs edərkən bildirdi ki, Azərbaaycan bu sahələrdə ardıcıl və düşünülmüş siyasət yürüdür.

        Beynəlxalq aləmdə 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşamış oldu.

Biz dörd il ərzində bütün üzv ölkələrə çox yardım etdik. Biz uğurla yaradılmış Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdik. Bizim sədrliyimiz yekdilliklə dəstəkləndi. Biz 3 il müddətinə seçilmişdik, lakin sonra üzv dövlətlər sədrliyimizi daha bir il müddətinə uzatmağı qərara aldılar ki, bu da hərəkatın tarixində görünməmiş hadisədir.     

        COP-un nəticələrinə gəldikdə, biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi. Ölkəmizdə keçirilmiş COP-da biz bunu 300-ə qaldırdıq. İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün xüsusi proqrama start verdik. COP zamanı əldə olunmuş başqa mühüm bir nailiyyət karbon bazarının fəaliyyət göstərməsi ilə bağlı razılıq idi. Bu məsələ azı 10 il razılaşdırılmamışdı. Beləliklə, bizim sədrliyimiz sayəsində, bizə olan etimad sayəsində bu məsələ Azərbaycanda razılaşdırıldı. Həmçinin sözsüz ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq.

        Dövlət başçımız Amerika ilə münasibətlərimzə dair sualı cavablandırarkən bəyan etdi ki, Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərik. Cəmi birini – Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir. ABŞ-ın Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına “907-ci düzəliş” müvəqqəti olaraq dayandırılırdı. Baydenin prezidentliyi dövründə münasibətlərimiz istədiyimiz kimi fəal deyildi. Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. İndi Prezident Tramp və komandası Avropa İttifaqının ona qarşı riyakarlığını gördü, Avropa liderlərinin xanım Harrisi dəstəkləməklə ona qarşı sövdələşmənin arxasında necə durduğunu gördü, beləliklə, o, bunu öz üzərində hiss etdi. Amerikanın milli maraqları baxımından, bunu tam əminliklə deyə bilərəm: Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər.

Xudayar Sultanlı,

ADPU Cəlilabad filialının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir