• Ca. Yan 2nd, 2025

Azərbaycanın Rusiyadan tələbləri

ByVuqar Ferzeliyev

Dek 30, 2024

       Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Bunu Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

        Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir?  Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.   

        Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq təmin edildi, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Ümid  edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək. Dövlət başçısı Azərbaycanın Rusiya tərəfinə bildirilən tələblərinin beynəlxaql təcrübəyə və normal insani davranışa əsaslandığını qeyd edib. O, deyib: “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik”.

         Prezident daha sonra deyib ki, bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq təmin edilib. Ümid edirik ki, digər şərtlərimiz də qəbul ediləcək. Çünki bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır.

      Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.      

      Dövlət başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər: “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”. Prezident İlham Əliyev qəti şəkildə bəyan edib ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Buna şübhə yoxdur.

        Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Prezident İlhamn Əliyevin dediyi şərtlər də, ümid edirik ki, qəbul ediləcək.

                                                                                             Hikmət Qələmov,

                                              Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

     Zopun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir