• Bz. Noy 24th, 2024

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

Byadmin

Sen 28, 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Prezidentin bu müsahibədə səsləndirdiyi fikirlər dünya ictimaiyyətində birmənalı şəkildə kimin haqlı, kimin haqsız olmasını ortaya qoydu. O da bir daha aydın oldu ki, münaqişənin bu qədər müddətə uzadılmasında kimlərin məqsədi vardı: Ermənistanın və onları müdafiə edən ATƏT-in Minsk qrupu üzvlərininmə! Amma onlar uduzmalı oldular. Müharibə bitib, xalqımız üçün yeni bir dövr başlayıb, indi biz quruculuq qayğıları ilə yaşayırıq.
İşğaldan azad edilən yaşayış məntəqələrimizdə qısa müddətdə vandal ermənilər tərəfindən dağıdılan infrastruktur bərpa ediləcək. Şuşa, Kəlbəcər, Laçın və digər rayonlarımızda dağıdılan məscidlər, tarixi abidələri, məktəblər yenidən bərpa olunacaq. Şuşa işğaldan öncə olduğu kimi, Azərbaycanın yenidən əsas turizm mərkəzinə çevriləcək. Yağı tapdağından qurtulan torpaqlarda kənd təsərrüfatı inkişaf etdiriləcək.
Dövlətimizin başçısı bu rayonlara səfərləri zamanı deyib: “Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.
Yeni böyük baş plan tərtib edilİB. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib edilİB. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.
Bəli, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğuladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub- yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu şəhərlərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək.
Rahib Kərimov, Cəlilabad rayon DAİM direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir