• C. Noy 22nd, 2024

BƏŞƏRİ DƏYƏRLƏRƏ ƏSASLANAN QLOBAL ADDIMLAR

Byadmin

Okt 9, 2021

Möhtərəm Prezident İlham Əliyevin Tərtər və Suqovuşanda keçirdiyi görüşləri, açılışları diqqətlə izlədik. Bunlar hamısı tarixi hadisədir və xalqımızın yaddaşında daim yaşayacaq. Həmin hadisəni izləyərkən bir daha əmin oluruq ki, müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub.
Prezident Tərtər səfərində bütün dünyanın diqqətini cəlb edən nitq söylədi, çox dərin və reallıqlara söykənən mesajlar verdi, böyük Qələbəmizin səbəb və nəticələrini bir daha şərh etdi. Bildirdi ki, Tərtər rayonunun müqəddəs torpaqlarımızın bir hissəsi olan Suqovuşanın azad edilməsi Azərbaycan Ordusunun zəfər yolunda mühüm vəsilədir. Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı içində idi. Onların gözü qorxmuşdu və bundan sonrakı dövrdə – oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.
Prezident bu deyilənləri diqqətə bir daha çatdıraraq söylədi ki, düşmən tərəfindən yayılan dezinformasiyalar rəsmi İrəvanı və Ermənistan ordusunu daha çətin vəziyyətə salırdı. Düşmən müharibənin ilk günlərindən başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü. Bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü.
Biz çox dedik, onlar az eşitdi, amma “Dəmir Yumruq” hər bir daşı öz yerinə qoydu və qoymaqdadır, artıq bizi dinləməli, eşitməli və qəbul etməlidirlər. Nə qədər bunu tez qəbul etsələr, özləri üçün daha xeyirlidir. Çünki itirən biz deyilik və biz olmayacağıq, itirən yenə onlar olacaqlar və ola bilərlər. Qarabağ hər zaman Azərbaycan ərazisi olub. İstər sovet dövründə, istər əvvəlki dövrdə, istərsə də işğal dövründə Azərbaycan torpağı olub. İndi hamıya gün kimi aydındır ki, ölkənin durmadan artan maliyyə imkanları hesabına uğurla həyata keçirilir ki, bu layihələr də təkcə Azərbaycanın deyil, bötüvlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Beynəlxalq əhəmiyyət kəsb edən layihələr region üçün həyati mahiyyət daşıyır və bu layihələrin xeyli qismi Tərtər rayonu ərazisinin payına düşür. İnanırıq ki, Prezidentimizin atdığı addımlar, xalqımızın səyləri sayəsində bu vəzifələr uğurla həyata keçiriləcəkdir.
Abuhəyat Həsənova, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir