• Ca. Yan 2nd, 2025

Baş verən faciəyə siyasi don geyindirmək məqbul deyil

ByVuqar Ferzeliyev

Dek 30, 2024

         Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan televiziyasına müsahibəsində real vəziyyəti qiymətləndirərkən bildirib ki, əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört- basdır etmək cəhdləri göz qabağındadır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı.

          Füzelyajın dəlik-deşik olması, göstərir ki, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi         

       Faciədən özlərinin siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir və hadisənin baş verdiyi anda dost dövlətlər, qardaş dövlətlər bizim dərdimizə şərik oldu. Bu istər texniki baxımdan sıradan çıxmış təyyarə olsun və ya vurularaq sıradan çıxmış təyyarə olsun, bizim faciəmizə, bizim dərdimizə şərik oldular və hadisənin araşdırılması üçün təşəbbüs göstərməyə cəhd etdilər. Məsələ burasındadır ki, Rusiya prezidentinin Azərbaycan Prezidentinə zəng etməklə üzrxahlıq etməsi bir daha onu göstərir ki, Azərbaycan və Rusiya arasında dostluq, əməkdaşlığa sadiqdirlər və bu hadisə sifarişlə deyil.

        Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki bu qurum daha çox Rusiya məmurlarından ibarətdir. İlkin məlumatlara görə təyyarənin vurulması və sıradan çıxarılması nəticəsində qəzaya uğrayıb. Prezident İlham Əliyev öz müsahibəsində qəti olaraq vurğulayıb ki, qəzanın təfərrüatları tam araşdırılaca

                                                                                                          Nurlan Ağamalıyev,

                                                                   YAP Cəlilabad rayon təşkilatının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir