• Bz. Noy 24th, 2024

Bayrağımız milli mənliyimizin təcəssümüdür

ByVuqar Ferzeliyev

Noy 9, 2024

          Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Həmin rəmzlərdən biri də, sözsüz ki, bayraqdır. Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən, parçadan hazırlanan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın simvol və anlamlı rəngləri, ümumiyyətlə dəyişilməzdir. Bu mənada, ötən müddət ərzində Azərbaycan bayrağı dövlətçiliyimizin simvolu kimi müasir beynəlxalq münasibətlər sisteminin üst qurumlarında özünün layiqli yerini tutdu. Bu isə, ona görə baş verdi ki, siyasi hakimiyyətdən tutmuş sadə vətəndaşlara qədər hər kəs bayrağı milli qeyrəti və mənliyi kimi qəbul edir. Elə bu səbəbdən də, Prezident İlham Əliyevin Sərəncamı ilə Bayraq Meydanı inşa edilmişdir.  2009-cu il il sentyabr ayının 1-də Bakıda açılışı olmuş Dövlət Bayrağı Meydanını – topların yaylım atəşlərinin müşayiəti ilə hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etdi.

      Noyabrın 9-da Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilir. Məhz milli bayraq eyni təsvirdə qəbul edildi. Burada, əlbəttə ki, bayrağımızın sonradan bu cür rənglərlə müəyyənləşdirilməsi xüsusi maraq doğurur. Çünki ilk olaraq, bayrağımız Türkiyənin bayrağı formasında qəbul edilmək üzrə idi.

      Rənglərin xüsusiyyətlərinə gəlincə, mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni və inkişaf istəyini ifadə edir.  Yaşıl rəng isə islam sivilizasiyasına və islam dininə mənsubluğu ifadə edir.   

       Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız daha əzəmətli görünür.  Bayrağımız onlara ağır vuruşmalarda güc vermişdir. Buna görə də üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaq hər birimizin müqəddəs borcudur. Və bu günlər biz Bayraq bayramımızı da Zəfər bayramı kimi təntənə ilə qeyd edirik. Bizim Zəfərimiz isə, tarixi möbqe baxımından da Bayrağımızla yanaşı dayanır.  

Məmmədzadə Əliyev,

Cəlilabad Rayon İcra Hakimiyyəti

başçısı aparatının Hüquq şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir