Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Bu fikirlər Prezident İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında parlaq əksini tapıb.
Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycanın BRICS ölkələri ilə əlaqələri iqtisadi, siyasi və mədəni əməkdaşlıq perspektivlərini əhatə edir. Azərbaycan BRICS ölkələri ilə ticarət və investisiya sahəsində əməkdaşlığı artırmaq niyyətindədir. Bu ölkələr Azərbaycanın enerji resurslarına olan tələbatı ilə əlaqədar olaraq strateji tərəfdaşlar sayılır.
BRICS beynəlxalq siyasətdə müxtəlif regional məsələləri müzakirə etmək üçün bir platforma rolunu oynayır. Azərbaycanın regiondakı rolu BRICS ölkələrinin əməkdaşlığına müsbət təsir göstərə bilər. BRICS münaqişələrin həlli və sülh proseslərini dəstəkləmək məqsədilə siyasi dialoqu təşviq edir.
Azərbaycan bu platformadan istifadə edərək, regiondakı münaqişələrin müzakirəsində aktiv rol oynaya bilər. Ümumiyyətlə, BRICS Sammiti Azərbaycanın beynəlxalq münasibətlərini gücləndirmək və inkişaf perspektivlərini artırmaq üçün bir imkan təqdim edir”, – o qeyd edib.
Mühüm beynəlxalq nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.
Lənkəran-Astara Regional Mədəniyyət
İdarəsinin Cəlilabad nümayəndəliyi