• Bz. Noy 24th, 2024

Birgə İnvestisiya Fondu.

ByVuqar Ferzeliyev

Avq 27, 2024

Azərbaycan və Özbəkistan arasında 500 milyon dollar dəyərində Birgə İnvestisiya Fondunun təsis edilməsi haqqında Hökumətlərarası Saziş imzalanıb. Saziş Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Regionlararası forum çərçivəsində imzalanıb. Fondun yaradılması ölkələrin ticari-iqtisadi əməkdaşlığı möhkəmlətməsinə, xarici ticarət dövriyyəsini artırmasına, həmçinin, sənaye sahəsində əməkdaşlığı gücləndirməsinə imkan yaradacaq. Hökumətlərarası Sazişin imzalanması mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu investisiya fondunun əlamətdar olduğunu, Azərbaycanın daha əvvəl bu miqyasda fond yaratmadığını qeyd edib. Nazir Azərbaycanın yeni yaradılan fonda investisiyaları artırmaq planlarından xəbər verib. Xatırladaq ki, Özbəkistan-Azərbaycan Regionlararası forumu 23-24 fevral tarixlərində Daşkənd şəhərində keçirilir. Forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi, həmçinin Özbəkistanın Ticarət və Sənaye Palatasının dəstəyi ilə təşkil olunub.

Əliyeva Əsmər

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir