• Be. Yan 12th, 2026

Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir.

ByVuqar Ferzeliyev

Yan 13, 2026

Növbəti mərhələdə Azərbaycanın müxtəlif bölgələrində iri həcmli bərpaolunan enerji stansiyalarının açılışı nəzərdə tutulur. Biləsuvar, Neftçala, Naxçıvan, eləcə də işğaldan azad edilmiş ərazilər bu layihələrin əsas ünvanlarıdır. Bu günə qədər Qaradağ rayonunda, eləcə də Xızı və Abşeron ərazilərində stansiyalar artıq istifadəyə verilmişdir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın coğrafi mövqeyi və təbii imkanları ölkənin demək olar ki, bütün bölgələrində bərpaolunan enerji növlərinin istehsalına şərait yaradır.
Xüsusilə Xəzər dənizinin potensialı xüsusi qeyd olunmalıdır. Beynəlxalq qiymətləndirmələrə əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat səviyyəsindədir. Bu, təkcə region üçün deyil, qlobal enerji bazarı baxımından da olduqca böyük göstəricidir. Qarşıdakı illərdə bu potensialdan mərhələli şəkildə istifadə olunması Azərbaycanın enerji sektorunda yeni bir dövrün başlanğıcı olacaqdır.
Bərpaolunan enerji layihələrinin genişlənməsi nəticəsində Azərbaycan regionun ən etibarlı və böyük elektrik generasiya gücünə malik ölkələrindən birinə çevriləcəkdir. Bu, həm daxili tələbatın tam ödənilməsinə, həm də enerji ixracının genişləndirilməsinə imkan yaradacaq. Bu perspektivlər xarici investorlar üçün də cəlbedici mühit formalaşdırır.
Bu baxımdan, xarici investorlar təkcə bərpaolunan enerji sahəsinə deyil, eyni zamanda böyük həcmdə elektrik enerjisi tələb edən digər strateji sahələrə də sərmayə qoymağa dəvət olunur. Xüsusilə süni intellekt texnologiyaları, data mərkəzlərinin yaradılması və yüksək enerji tələbatı olan sənaye sahələri üçün Azərbaycan əlverişli platformaya çevrilməkdədir. Bununla yanaşı, yerli şirkətlərin də bu prosesdə fəal iştirakı təşviq edilir.
Nəticə etibarilə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın yaşıl enerji strategiyasının real və uğurlu təzahürüdür. Bu layihə ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə və ekoloji dayanıqlılığına mühüm töhfə verməklə yanaşı, Azərbaycanın gələcəyə yönəlmiş inkişaf yolunu aydın şəkildə nümayiş etdirir.

Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru