Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan televiziyasına verdiyi müsahibədə deyib ki, təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Nəinki Azərbaycan, Qazaxıstan, istərsə Rusiya vətəndaşları, insanlar burada həlak oldu. Bu, faciə idi və bu hadisəni siyasətləşdirərək dövlətlərarası münasibəti korlamək istəyən qüvvələr də var. Bildiyiniz kimi Qərb mətbuatı açıq şəkildə iki dövlət arasında münasibətlərin siyasi cəhətdən gərginləşdirilməsi üçün canfəşanlıq etdi. Hadisənin ilk baş verdiyi anda onlar da məsələnin texniki şəkildə, texniki nasazlıq halında baş verdiyini ehtimal edirdilər. Sonradan gördük ki, artıq təyyarə vurularaq sıradan çıxarılıb, bu zaman bunu siyasətləşdirmək və Azərbaycan-Rusiya münasibətlərinə xələl gəlməsi üçün qızışdırıcı fərziyyələr irəli sürməklə, dövlətlərarası münasibətlərə xələl gətirmək istədilər.
Azərbaycan Prezidenti dekabrın 29-da Azərbaycan televiziyasına müsahibəsində qeyd edib ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, Prezident İlhamn Əliyevin göstərişi ilə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır.
AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırması.
Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi.
Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər. AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır.
Vahid Mirzəyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə
nümayəndəsi