Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat – sərnişin avtobusları və metro işləyəcək.
Yenigun.news xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.