• Bz. Sen 29th, 2024

Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir.

ByVuqar Ferzeliyev

Sen 27, 2024

2024-cü ildə keçirilən növbədənkənar prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində əbədi olaraq yadda qalacaq. Çünki ilk dəfə idi ki, bu seçkilər ölkəmizin bütün ərazisində keçirildi. Bu, çox mühüm  tarixi hadisədir. Bütövlükdə, İkinci Qarabağ müharibəsi, üç il sonra isə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi  lokal xarakterli antiterror tədbirləri separatizmə birdəfəlik son qoydu və  suverenliyimiz tam bərpa edildi.  Bu, dünya miqyasında tarixi hadisədir. Qəhrəman Azərbaycan xalqı güclü iradə və birlik nümayiş etdirərək 30 il davam edən işğala son qoydu. Ən önəmlisi isə, Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz yenilməz ruhunu göstərmiş oldu. Hesab edirəm ki, 2024-cü il bu mənada tarixdə qalan ən möhtəşəm il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərimizdə keçirilərək bir daha xalqımızın əyilməz iradəsini bəyan etmiş oldu. Azərbaycanın qazandığı  tarixi Zəfərdən sonra ölkəmizin  beynəlxalq nüfuzu bir neçə dəfə artıb, mövqelərimiz möhkəmlənib. Yaxın vaxtlarda COP29-un Azərbaycanda keçirilməsi də bu uğurlardan xəbər verir. Bu tədbirin Azərbaycanda keçirilməsi üçün  200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilməsi də bizim beynəlxalq nüfuzumuzu,  getdikcə artan reytinqimizi göstərən vacib amildir. Bu uğurlar davam edəcək və bundan sonra da xarici siyasətdə geriyə heç bir addım atılmayacaq.Ələddin Zeynalov Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir