• Bz. Noy 24th, 2024

Cəmiyyətin irəliyə doğru hərəkətini təmin edən
milli dövlətçilik ideologiyası

ByVuqar Ferzeliyev

Mar 2, 2023

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz sözün ən böyük mənasında lider kimi təsdiq etmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərindəndir.
Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Dövlətçilik ənənələrindən bəhrələnmiş bu siyasət Azərbaycana yeni həyat, müasirlik, qarşısıalınmaz inkişaf bəxş etdi. Bu siyasətin müəllifi olan ulu öndərimiz müasir hüquqi və dünyəvi dövlətin qurulması, bu dövlətdə yaşayan insanların hüquq və azadlıqlarının mühafizəsi sahəsində çox böyük iş görüb, tariximizdə heç vaxt bu qədər böyük və möhtəşəm dövlətçilik fəaliyyəti həyata kesirilməyib.
Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Buna görə də Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanda milli dövlətçilik quruculuğunun bütün sahələrində böyük uğurlara imza atılmış, ölkəmizin beynəlxalq aləmdə siyasi imici yüksəlmiş, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin olunmuşdur.
Tam əminliklə söğyləmək olar ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən belə məfkurə dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.
Yusif İsmayılov
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası
Publik Hüquqi Şəxsin direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir