• C. Noy 22nd, 2024

CƏNUB QONŞUMUZ NƏ İSTƏYİR?

Byadmin

Sen 30, 2021

Məlum olduğu kimi, son vaxtlar İranla münasibətlər gərginləşməkdədir. Cənub qonşumuz qonşuluğa və müsəlmanlığa yaraşmayan addımlar atmaqla əslində öz iç üzünü ortaya qoyur, simasızlığını göstərir. Dövlət başçısı İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsində rəsmi Tehranı açıq-aşkar ifşa etdi və İran hakimiyyətinə konkret mesajlar verdi. Bunun fonunda yaxın gələcəkdə Tehranda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi deyilir. Görünür, “suların durulmasına” ehtiyac var.
Prezident İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində.qeyd edib ki, İrandan gələn TIR-lar davamlı şəkildə ora gedir: “Bu barədə bizim məlumatımız vardı, ancaq əlbəttə, indiki kimi tam dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, müxtəlif kanallar vasitəsi ilə İran tərəfinə narahatlığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi. Müharibə başa çatdıqdan sonra artıq Laçın dəhlizi bizim gözümüzün qarşısındadır. Bizim hərbi postlardan Xankəndiyə gedən yola qədər məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın koridoru boyunca ayrıca Şuşa ətrafında və digər bölgələrdə yetərli qədər texniki vasitələrə malikik, kameralar var. Peyk, pilotsuz uçuş aparatlarından istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Bu, bizə hörmətsizlikdir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır. Hər ayın başında bizdə məlumatlar toplanırdı ki, neçə TIR gəldi, neçə TIR çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bütün məlumatlar bizdə vardı, bunlar mətbuatda yer aldı. Ancaq sonra nə etdilər? İran TIR-larına Ermənistan nömrələri vurmağa başladılar, belə saxtakarlığa əl atdılar. Bizi aldatmağa çalışdılar. Elə fərasətsiz iş gördülər ki… Maşının üzərindəki çənə farsca yazılar, aşağıda isə erməni nömrələri. Onu da deyim ki, eyni nömrələri bir neçə maşının üzərinə yapışdırırdılar. Bu iş o qədər sistemsiz həyata keçirilirdi ki… Bu da göstərirdi ki, bu işi davam etdirmək, ancaq pərdələmək istəyirlər”.
Prezident İlham Əliyev qeyd edib ki, bizim davranış və addımlarımız məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanmaqdadır. İlk dəfə sözlə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və sonrasında Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü. Baxın, məsələni bu həddə çatdırmağa gərək vardı? Orada, Rusiya sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsində cəmi 25 min insan yaşayır. Bu bazar o qədərmi önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyünüz ölkəyə açıq hörmətsizlik edəcək qədər önəmli idimi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir