• Şb. Noy 23rd, 2024

CƏNUBİ QAFQAZ REGİONUNDA
YENİ REALLIQLAR YARANIB

Byyenigun

Dek 18, 2021

Brüssel sammiti zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin İspaniyanın El Pais qəzetinə müsahibəsındə bir çox məqamlara aydınlıq gətirilib. Azərbaycan Prezidenti ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsinə daim diqqətlə yanaşıldığını və geridə qoymaqda olduğumuz il ərazində ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf etdiyini qeyd edib. Ölkə başçısı da çox açıq şəkildə söylədi ki, biz öz müdafiə qüdrətimizi artıqmaqdan ötrü Türkiyə, Rusiya, İsrail və başqa dövlətlərlə də hərbi sənaye sahəsində münasibətlər qurmuşuq. Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranmasında Rusiya Avropa İttifaqına rəqib kimi qiymətləndirilmir. Azərbaycan hər iki tərəflə də əməkdaşlıqda maraqlıdır. Avropanın qaz təchizatında da Azərbaycan Rusiyaya rəqib deyil. Bu ölkələrin özünün ayrı-ayrı bazarları və ixrac həcmləri mövcuddur. Ona görə də, ölkə başçısının Avropa İttifaqı formatında keçirdiyi görüşlər tam konstruktiuv əsasda keçib. Burada həmçinin qalib Azərbaycan Liderinə olan münasibət də açıq şəkildə özünü göstərirdi.Hazırda bu münasibətlər davam edir. Azərbaycan özü də müəyyən silahları istehsal edir. XXI əsrdə də ilk dəfə olaraq dronlarla müharibə taktikasını da Azərbaycan tətbiq etdi. İndi də, Azərbaycanın bu təcrübəsi öyrənilir. Bu artıq Azərbaycanın gücünün etirafı idi.
Ermənistan Brüsseldə də məcbur edildi ki, Zəngəzur dəhlizi açılsın. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Ermənistan dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Aİ regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə dəstəyini ifadə etdi.
Diqqət çəkən məqam ondan ibarətdir ki, Prezidentimizin El Pais qəzetinə müsahibəsində bildirdiyi kimi, Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddiaları əsassızdır. Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz idi. Qar əriməyə cari ilin may ayında başladı və dərhal Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu. Bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaqdır. Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır.
Hal-hazırda Azərbaycanın qarşısında azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi və məcburi köçkünlərin geri qaytarılması kimi vacib məsələlər durduğunu bildirib. Bu xüsusda, ən böyük maneələrdən biri mina təhlükəsi olduğunu və bu təhlükənin aradan qaldırılmasında Azərbaycan beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ümid edirik.
Nəsib İsgəndərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir