Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı dekabrın 29-da Azərbaycan televiziyasna müsahibəsində bildirib ki, biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi.
Hesab edirik ki, bu hadisə dövlətlərarası münasibətlərin korlanmasına əsas verə bilməz. Çünki iki qonşu dövlət daha qabağa baxır, daha strateji məqsədlər üçün əməkdaşlıq etməkdədirlər. Ancaq bu cür hadisələrin gələcəkdə yol verilməsinin qarşısını almaq üçün ciddi addımlar da atılmalıdır. Çünki beynəlxalq konvensiyalara görə dövlətlərarası razılaşmalara görə sərnişin təyyarəsi başqa bir dövlətin ərazisinə girərsə həmin dövlət həmin təyyarənin təhlükəsizliyinə zəmanət verməlidir. İstənilən halda bu sərnişin koridoruna hərbi müdaxilə yolverilməzdir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün daha ciddi addımlar atılmalıdır. Azərbaycanın faciəsindən siyasi məqsədlər üçün istifadə edilməsi nə əxlaq normalarına, nə bəşəri dəyərlərə uyğun deyil və qəbuledilməzdir. Azərbaycana qarşı aparılan bu təxribat xarakterli təbliğat da bizim tərəfimizdən qəbuledilməzdir. Azərbaycan dost dövlətlərlə dost, rəqib dövlətlərlə rəqib davranacaq.
Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər.
Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Pilotlar və ekipaj üzvləri – onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm.Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsinvə biz sağ qalanlara Allahdan şəfa diləyirik.
Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Buna görə də onların qəhrəmanlığı Prezident tərəfindən ən yüksək qiymətləndirildi.
Nuranə Hüseynzadə,
Cəlilabad RİH-nin əməkdaşı