• Ç. Noy 27th, 2024

Davamlı əməkdaşlığın əsas meyarı

ByVuqar Ferzeliyev

Apr 26, 2024

 Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrut təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmalıdır. Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Qırğız Respublikası prezidentinin Azərbaycana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yüksək mərhələyə qədəm qoyuldu. Müzakirə olunan mövzuların mahiyyətinə, formasına, məzmununa əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.

Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu daha da artıb. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə etməyə başlayıb. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Eyni zamanda qeyd etmək lazımdır ki, Qırğızıstan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyir və ərazilərin bərpasında yaxından ioştirak etmək əzmindədir. Ağdam şəhərində dost ölkənin  hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq. Azərbaycan bunu çox yüksək qiymətləndirir və qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir.   

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə – 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar da son hədd deyil. Müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür.

Energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. İnvestisiya siyasəti üzrə digər formalara da müraciət olunacaqdır. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb

Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri keçiriləcək. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı böyük mədəni hadisədir.

Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Bu məqsədlə münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.

 Kəramət Həsənov,

təqaüdçü, Azərbaycan Respublikasının

Əməkdar müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir