Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Siyasi liderlərin nümunəvi münasibəti. Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir;
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan zəfər əldə etmiş bir ölkə olaraq, keçmişdə işğal altında olan ərazilərin bərpasına və müvafiq regional layihələrin icrasına başlayıb. Fərid Şəfiyev bu zəfərin əldə olunmasında Türkiyənin müstəsna rolunu qeyd edib. Onun sözlərinə görə, 30 il ərzində Türkiyə ilə Azərbaycan davamlı olaraq hərbi təlimlər keçib və qələbə tək Pilotsuz Uçuş Aparatları hesabına qazanılmayıb: “Türkiyə-Azərbaycan birliyi heç bir ölkəyə qarşı yönəlmir, öz müstəqilliyimizin təminatına xidmət edir”. İki ölkə həmçinin islam dünyası çərçivəsində iş birliyini həm də elmi sahədə birgə potensialı gücləndirməlidir. Türkiyə-Azərbaycan əlaqələrin sıradan deyil, stabil qardaşlıq əlaqələridir. Bu əlaqələrin gələcək yüz illərdə də eyni şəkildə davam edəcəyini əminliklə demək mümkündür. 202-ci ilin erməni təxribatlarına qardaş Türkiyənin verdiyi dəstək də regionda yürüdülən siyasətə təsir edib. Bu hadisələr zamanı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyənin rəsmi şəxslərinin tərəddüd etmədən “Azərbaycanın yanındayıq” ifadəsi regionda çox böyük geosiyasi dəyişiklikləri özündə ehtiva edən açıqlama idi. Azərbaycanın apardığı Vətən müharibəsində qardaş Türkiyənin mənəvi, diplomatik, psixoloji və siyasi dəstəyi çox vacib və Azərbaycanın qələbəsini şərtləndirən elementlərdən idi. Qarşıdan gələn dövrlərdə və proseslərdə əlaqələri daha da inkişaf etdirməliyik. Bu əməkdaşlıq regional sülh və təhlükəsizliyi gücləndirir. Bu əməkdaşlıq heç kimə qarşı deyil. Bizim üçtərəfli formada apardığımız əməkdaşlığımız göstərir ki, bu əməkdaşlıqdan hər kəs qazana bilər. Ermənistan da Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər.
Aslan Əhmədov, Cəlilabad rayonu Üçtəpə kənd sakini, müəllim