• C. Dek 19th, 2025

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri.

ByVuqar Ferzeliyev

Dek 19, 2025

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin hüquqi-humanist dəyərlərə sadiqliyinin növbəti təzahürüdür. Prezident cənab İlham Əliyev ölkəmizə rəhbərliyə başladığı vaxtdan indiyədək humanizm onun həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Son 22 ildə həyata keçirilən siyasi kursun əsas amillərindən biri də insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləridir. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Cənab Prezident bu ənənələrinə sadiqliyini nümayiş etdirərək 15 dekabr 2025-ci ildə Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Cənab Prezident bu təşəbbüsü irəli sürərkən, ilk növbədə, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi Qələbəsi olduğunu nəzərə alıb. Cənab Prezident, eyni zamanda, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edib. Cənab Prezident İlham Əliyevin uzunmüddətli inkişaf strategiyasında sosial rifah və hüquqi etimad mühüm yer tutur. Amnistiya təşəbbüsü ailələrin sosial durumunun yaxşılaşdırılmasına, cəmiyyətə yenidən inteqrasiya imkanlarının genişləndirilməsinə və ictimai sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu isə dayanıqlı inkişafın əsas komponentlərindən olan sosial həmrəyliyin güclənməsinə səbəb olur. Eyni zamanda, bu təşəbbüs dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsinə mühüm töhfə verir. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan ədalətlilik və bərabərlik amnistiya mexanizmi vasitəsilə real məzmun qazanır. Dövlətin cəza siyasətində islah yönümlü yanaşmanın gücləndirilməsi gələcəkdə hüquq pozuntularının azalmasına və cəmiyyətin hüquqi şüurunun yüksəlməsinə şərait yaradır.

Sürəyya Zeynalova
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru