Fevralın 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Serbiyaya səfər edərək həmkarı Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Prezident İlham Əliyev həmin gün paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin paytaxt Belqradın Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının sübutudur.
Serbiya Prezidenti Aleksandr Vuçiç mətbuata bəyanatında deyib ki, “ Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir”. İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. Mən həqiqətən şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir. Qoy başqaları düşünsün ki, onlar dəyişiblər ya yox, yanaşma və prinsiplərini dəyişiblər ya yox. İki dövlət başçısının şəxsi dostluğu münasibətlərinə, eyni zamanda Azərbaycanla strateji müttəfiqlik əlaqələrinə verilən önəmin göstəricisidir.
Biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahə də də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq.
2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək.
Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!
Pərviz Ağayev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Şabanlı kənd
inzibati ərazi dairəsi üzrə nümayəndəsi