• Ca. Yan 8th, 2026

Dövlətin sosial siyasətinin nəticələri

ByVuqar Ferzeliyev

Yan 7, 2026
   Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, insanların normal həyatı  dövlət  siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Yəni siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim bütün siyasətimiz həm sosialyönümlü, həm də, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, dövlətimizi başçısı həmişə çalışmışdır və bu gün də çalışır populizmdən uzaq olaq və mümkün olmayan vədləri verməyək. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyəti  müntəzəm olaraq məlumatlandırılır. 
  Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin edilmişdi, 100-dən çox şəhərcik inşa olunmuşdu. Yəni bu, ona dəlalət edir ki, bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır, vaxtilə bu sahədə olan pozuntular,  ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
   Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur.   
   Prezident deyib ki, Azərbaycan kimi, geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Bir neçə ildir ki, özünüməşğulluq proqramı tətbiq olunur və 100 mindən çox insan bu proqramla əhatə olunub. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər. Əlbəttə, ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca sosial sahəyə daha da böyük vəsait ayrılacaq. Bu, sadəcə olaraq, şüar deyil, özünü əməli işlərdə göstərir.

                                                                                   Rafiq Ağayev, 
                         YAP Cəlilabad Rayon Təşkilatının sədrinin müavini