Bəşəriyyətin dünyaya bəxş etdiyi az sayda şəxsiyyətlər vardır ki, tarixdə onların bənzəri olmur, onlar insanlığın zirvəsinə çevrilir, xalqının sevimlisi, istinad mənbəyi olur, bütün ictimai və siyasi fəaliyyətini onun xoşbəxt gələcəyi naminə qurur, bir sözlə, insanlıq tarixində əbədiyaşarlıq qazanırlar. Bu şəxsiyyətlər sırasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əlçatmaz, uca və bənzərsiz yeri var.
Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu.
Ümummilli Lider ölkəmizdə siyasi gərginliyin, hakimiyyət böhranının kəskinləşdiyi bir dövrdə hakimiyyətə gəldi. Həmin vaxt xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Bir tərəfdən də Ermənistanın təcavüzü ilə üzləşən ölkəmiz təşviş içində idi.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu. Təsadüfi deyil ki, 1993-cü il Azərbaycanın tarixinə qurtuluş ili kimi daxil oldu.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Məhz həmin fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada aparıcı söz sahibinə çevrilib.
Xanım Məmmədova, Göytəpə şəhər sakini, ziyalı