• Bz. Noy 24th, 2024

Əhalinin maddi rifahının yüksəlməsinə xidmət edən siyasət

ByVuqar Ferzeliyev

Sen 28, 2024

       Prezident İlham Əliyevin fəaliyyəti hakimiyyətdə olduğu illər ərzində hər günü xalqımızın taleyüklü problemlərin həllinə xidmət edib. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə hər zaman layiq görülüb. Bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir.

 Bu gün hadisələrə obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir. İqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçünsə ilk növbədə makroiqtisadiyyat,  pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Ölkənin artan maliyyə potensialı sayəsində iqtisadiyyata kredit qoyuluşlarının həcmi əhəmiyyətli dərəcədə genişlənmişdir. Əhalinin pul gəlirlərinin artması, eyni zamanda makroiqtisadi sabitliyin dayanıqlığı, bank sektorunda aparılan islahatlar, əmanətlərin sığortalanması fondunun həcminin ildən-ilə çoxalması əhalinin banklara olan etimadının artmasına şərait yaratmışdır.

Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.

      Prezident bu günlərdə iqtisadiyyat məsəsinə həsr olunmuş müşavirədə deyib ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik.

        Prezident müşavirədə qeyd edib ki, Büdcə dövlətimizin imkanlarını əks etdirir. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək.

       Deməli, İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından, ən əvvəl insanların güzəranından xəbər verən. əsas göstəricilərindəndir. Hər gün, hər saat vətəndaşlarla təmasda olanlar aydın şəkildə görürlər ki, insanlar iqtisadiyyatın hər sahəsində olduğu kimi, pul-əmtəə münasibətlərinin tənzimlənməsindən razıdırlar.

Dəyanət Əskərov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir