• C. Noy 22nd, 2024

“Əkinçi” qəzeti.

ByVuqar Ferzeliyev

İyl 23, 2024

Azərbaycan dilində nəşr olunan ilk milli qəzet Əkinçi qəzetinin yaranması Görkəmli maarifçi Həsən bəy Zərdabinin adı ilə bağlıdır. O, qəzetin nəşrinə böyük çətinliklə icazə almış, İstanbuldan ərəb qrafikalı mətbəə şriftləri gətirtmişdir. Qəzetin ilk nömrəsi onun redaktorluğu ilə 1875-ci il  iyulun 22-də Bakıda qubernator mətbəəsində nəşr edilir və bununla da milli mətbuatımızın əsası qoyulur.  Ayda iki dəfə 300-400 tirajla nəşr edilən “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunurdu. 1877-ci ildə Rusiya-Türkiyə müharibəsi başladığı zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Bakı qubernatoru həmin il sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən qadağa qoyur. Qəzetin ümumilikdə 56 sayı işıq üzü görür. İlk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – iyulun 22-si Azərbaycanda “Mətbuat Günü” kimi qeyd edilir.

Samir Talıbov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir