• Şb. Noy 23rd, 2024

Əlamətdar gün

ByVuqar Ferzeliyev

Okt 16, 2024

       Vətən müharibəsindəki qələbəmiz tariximizə yeni əlamətdar günlər qazandırdı. 17 oktyabr Füzuli şəhəri günü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Əgər qələbəyə qədər hər il ayrı-ayrı rayonlarımızın işğalının ildönümünü kədərlə xatırlayırdıqsa, bu hüznlü yaddaşın unudulmaması üçün onun ağrı-acılarını gənc nəsillə bölüşürdüksə, artıq indi doğma yurdlarımızın qurtuluş günlərini bayram edirik. Bir-birimizlə sevincimizi, fərəhimizi paylaşırıq. Həmin gənc nəsil Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan qurtardı. Azadlıq ildönümlərini tarixə yazdı. Füzuli şəhər Günü də belə əziz bayramlardan biridir.
       Azərbaycan Ordusu Füzuli ərazisindəki savaş meydanında özünü məsuliyyətli və peşəkar ordu kimi nümayiş etdirdi. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Biz, eyni zamanda, keçmişi unutmuruq, bundan nəticə çıxarırıq, regionun gələcəyi baxımından isə əməkdaşlığa hazırıq.   

      Düşünürəm ki, müstəqilliyi onsuz da formal xarakter daşıyan və müharibədə məğlub olaraq daha pis vəziyyətə düşən Ermənistan bundan sonra atacağı addımlara diqqət etməli, ilk növbədə, qonşuları iləmünasibətlərə xüsusi fikir verməli, indiyədək irəli sürdüyü bütün iddialarından əl
çəkməlidir. Bölgədə reallaşdırılan qlobal iqtisadi layihələr Azərbaycanın razılığı və dəstəyi ilə həyata keçirilir. Ermənistan da başa düşməlidir ki, əməkdaşlıq məhv olmuş erməni iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonrakı dövrdə də gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha düşmənimizə açıq xəbərdarlıqdır.

      Bəli, Füzulinin işğaldan azad olunması müstəsna tarixi hadisədir. Onun hərbi-siyasi əsarətdən qurtulması müharibənin gedişində Azərbaycana əhəmiyyətli üstünlüklər qazandıran önəmli faktor olub.

Özüxan Niftiyev,

Cəlilabad şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir