Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşü keçirildi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakı idi. Dövlət başçımızın Zirvə görüşünə ikinci dəfə fəxri qonaq qismində qatılması Azərbaycanın nüfuzunun, dövlətimizin başçısına böyük etimadın göstəricisidir.
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşü əlaqələrin daha da inkişafında, təmasların daha sıx qurulmasında əhəmiyyətli rol oynayacaq.
ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir.
Sammitdə Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı bir daha göstərdi ki, Azərbaycanın ŞƏT ilə əməkdaşlığının inkişaf etdirilməsində böyük perspektivlər mövcuddur: “Çünki Azərbaycanın ərsəyə gəridiyi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ŞƏT ölkələri üçün nəqliyyat logistik daşımaların həyata keçirilməsində yeni imkanlar yaradır. Belə ki, BTQ dəmir yolunun yük buraxma gücü 5 milyon tona çatdırılması və Zəngəzur dəhlizinin açılması ŞƏT ölkələrə Avropa ölkələri ilə daşımaların həyata keçirilməsində yeni bir səhifə açır. Həm də ölkəmizin ŞƏT-də müşahidəçi statusun verilməsi məsələsi müzakirə olunacaq.
Azərbaycanda noyabr ayında COP29 tədbiri keçiriləcək. Bu təşkilata daxil olan dövlətlər də COP29-da iştirak edəcəklər. Onu da qeyd edək ki, bu dövlətlərin demək olar ki hamısı, Azərbaycanın həm ərazi bütövlüyünü, 44 günlük müharibənin nəticələrini qəbul edir. Həm də Azərbaycan Qafqazdan bu təşkilatda iştirak edən yeganə dövlətdir. Ona görə də cənab Prezidentin orada bir fəxri qonaq kimi iştirakı çox mühüm əhəmiyyətə malikdir. İnanıram ki, cənab Prezidentin yürütdüyü siyasət Azərbaycana böyük uğur gətirəcək.
Səməd Rüstəmov,
Cəlilabad şəhər Mənzil İstismar Sahəsinin rəisi