Məlum olduğu kimi İtaliya Respublikasının prezidenti Sercio Matarella Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər qeyd etdiyimiz kimi bir çox xüsusiyyətlərinə görə olduqca əhəmiyyətlidir. Ermənistanın yeni hakimiyyətə gəlmiş qüvvələrinin
İtaliya-Azərbaycan münasibətləri müstəqilliyimizi əldə etdiyimiz dövrdən də xeyli əvvəl başlayıb. Hələ 1903-1906-cı illərdə Bakıdan Batuma neft kəmərinin çəkilməsində italiyalı mütəxəssislər fəal iştirak ediblər. Hətta bu neft kəmərinin işə salınması və fəaliyyət göstərməsi ilə bağlı İtaliya şirkəti də yaradılmışdı.
Azərbaycanda hakimiyyət möhkəmləndikcə və ölkədə stabillik yarandıqca İtaliya ilə əlaqələrdə də yeni şərait yarandı: Bu gün Azərbaycanın iqtisadiyyatında İtaliyanın özünün çəkisi var. İşğaldan azad olunmuş ərazilərimizdə İtaliya şirkətlərinin iştirakı arzuolunandır. Bu da böyük bir proses kimi özünü göstərməyə başlayıb. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri İtaliyadır:
Həmçinin, XX əsrin axırlarında Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ probleminin həll olunması prosesində də yaxından və ilkin iştirak edən ölkələrdən biri məhz İtaliya olmuşdu. ATƏT-in Minsk qrupunun üzvü olan İtaliya münaqişənin ilk vaxtlarından onun həlli üçün fəallıq göstərib. İtaliyalı diplomat Mario Rafaellinin bu sahədə fəaliyyəti xüsusilə yaddaqalan olub. İtaliya hazırda Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edir. Avropada ən yaxın ticarət tərəfdaşımız olmaqla yanaşı İtaliya TANAP-TAP layihələrində aparıcı tranzit ölkələrdən biridir.
Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda “Cənubi Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olmuşdur. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olmuşdur. Yəni, bu istiqamətdə işlər uğurla gedir. İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir.
Keçirilmiş mətbuat brifinqində İtaliya prezidenti də Azərbaycana səfərinə xüsusi əhəmiyyət verdiyini qeyd edib: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Əminik ki, bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcək və bundan sonra uzun illər ərzində biz çox səmərəli əməkdaşlıq edəcəyik.
Xudayar Sultanlı,
ADPU Cəlilabad filialının direktoru