• Ca. Fev 20th, 2025

Əməkdaşlığımızın mühüm sahələri

ByVuqar Ferzeliyev

Fev 14, 2025

      Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.

        Görüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub. 

        Azərbaycan Prezidenti mətbuata bəyanatında vurğulayıb ki, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəni bölüşdüm: “Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək”.

        Müzakirə edilən sahələr sırasında ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlər var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Səfər çərçivəsində imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.

        Bir sözlə, Azərbaycan və Somali arasındakı münasibətlər yeni formalaşan, lakin strateji əhəmiyyət kəsb edən əlaqələrdir. Hər iki ölkə geosiyasi baxımdan vacib mövqedə yerləşir və əməkdaşlıq potensialı böyükdür. Azərbaycan uzun illərdir ki, Afrika ölkələri ilə əməkdaşlığını genişləndirmək siyasəti yürüdür və bu kontekstdə Somali ilə əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Bakıda imzalanmış sazişlərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayələrin təşviqi planlaşdırılır. Azərbaycanın Dövlət Neft Şirkəti və digər strateji şirkətləri Somali bazarında fəaliyyət göstərə bilər, eyni zamanda Somali məhsullarının Azərbaycan bazarına çıxışı üçün imkanlar yaradılır.

Dəyanət Əskərov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir