• Ça. Noy 26th, 2024

Əməkdaşlığın müsbət dinamikası

ByVuqar Ferzeliyev

May 9, 2024

       Avropa ölkələri ilə əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.  Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti cari ilin 8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirib.

        Bolqarıstanla Azərbaycan tərəfdaş dövlətlərdir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Av¬ropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hər iki ölkə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühiti¬nin yaxşılaşdırılmasına, sənaye is¬tehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkan¬larının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

      Bir önəmli istiqamət nəqliyyatla bağlıdır. Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.     

        Prezidentin bəyanatında qeyd olunduğu kimi, bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bolqarıstan  şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək.

      Bolqarıstan Prezidenti R.Radev öz bəyanatında ölkəmizin Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi vurğulayıb. O, “Həmrəylik halqası” layihəsinin reallaşmasında Azərbaycan mühüm rol oynadığını vurğulayıb. Bizim məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir.

Seymur Abbasov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir