Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında çox mühüm məsələlər öz əksini tapıb. Bir daha görürük ki, ölkəmizdə ən vacib layihələr ardıcıl surətdə və uğurla həyata keçirilir. Prezident deyib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda – yeddi milyondan çox sərnişin daşıyıb. Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Yəni, təsəvvür etmək çətin deyil ki, nəqliyyatın, sadəcə olaraq, bu istiqaməti üzrə hansı işləri görürük. Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək.
Bakı-Qəbələ dəmir yolu uğurla inşa edildi. Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib – Bakı-Qəbələ. Qəbələ şəhərinə dəmir yolu xətti heç vaxt çatmırdı, onu inşa etdik və bu yol da çox lazımlıdır. Bakı-Balakən və Bakı-Ağstafa dəmir yolları fəaliyyətini bərpa etdi.
Son illər ərzində vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu. Ancaq görürük ki, yüklərin həcmi daha çox olacaq. Artıq göstəriş verildi və bu ildən işə başlayırıq. Beynəlxalq məsləhətçilər cəlb edildi ki, yeni layihə hazırlansın, təqdim olunsun. Limanın imkanlarını 25 milyon tona çatdırmalıyıq və ola bilsin, bu da yetməyəcək. Çünki Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, bu işləri də bu artıma görə etməliyik.
Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və bu ildən başlayaraq ilin sonunda elektrobusların yığımı, ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər.
Bakıda gəmiqayırma zavodunun inşa edilməsi olduqca uğurlu layihə idi. Gəmiqayırma zavodu da son illər ərzində inşa edilmişdi, təqribən 10 il, bəlkə 12 il bundan əvvəl. Hazırda orada altı müxtəlifölçülü gəmi inşa edilir. Paralel olaraq, Qara dənizdəki fəaliyyətimizi yeni səviyyəyə qaldırdıq.
Həyat yerində durmur. İndi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. ayrılıb. Bütün bunlar xalqımızın gələcəyinə yönəldilmiş tədbirlərdi və dövlət başçımızın bu sahədəki fəaliyyətini bəyənirik, dəstəkləyirik.
Şahmirzə Nəsirov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı