• Ç. Noy 27th, 2024

Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır

ByVuqar Ferzeliyev

Fev 6, 2023

       Prezident İlham Əliyevin cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti KlausYohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda göstərdiyi kimi, energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Rumıniyanın mövqeyi hər zaman bəlli olub,  biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik. Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında onu da söyləyib ki, Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur: «Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var”.

Rumıniyanın bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verib. Eyni zamanda Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb.

Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Bununla yanaşı, Rumıniya Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb. Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Azərbaycanın beynəlxalq mövqeyinə işıq salan bu kimi fikirlər bir daha təsdiqləyir ki, ölkəmizin siyasəti əməkdaşlığa hesablanıb. Dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, 2027-ci ilədək Avropaya qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq. Bu mümkündür, çünki resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var. SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.

 Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edilərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.

Cavanşir Həsənov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin

 Heyvandarlıq sektorunun müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir