• Şb. Noy 30th, 2024

Erməni silahlı dəstələrinin Azərbaycan ərazisində qalması qəbuledilməzdir

ByVuqar Ferzeliyev

İyl 12, 2023

Hazırda Azərbaycanın da yerləşdiyi siyasi coğrafiyada son dərəcə mürəkkəb və həssas durum yaranıb. Ermənistanın yenə də ənənəvi himayədarlarına güvənərək üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq cəhdləri və əlbəttə ki, böyük dövlətlərin regionda maraqlarının toqquşması Azərbaycanın bütün incəlikləri diqqətlə nəzərə almasını zəruri edir.

Prezident İlham ƏliyevPrezident İlham Əliyev cari ilin 11iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışında Ermənistanda baş qaldıran revanşist meyillər və status məsələsinin qabardılmasına kəskin münasibətini bildirib. Dövlət başçısı deyib ki, Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur.

Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib. 

Erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı, Ermənistan status məsələsini birdəfəlik unutmalıdır. Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu barədə bəyanatı Ermənistana, Ermənistan rəhbərliyinə xəbərdarlıqdır və bu xəbərdarlıqdan nəticə çıxarmalıdırlar.

Qarşı tərəf dərk etməlidir ki, Qarabağ münaqişəsi artıq həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bu gün biz sülh istəyirik. Müharibə istəmirik, heç vaxt da istəməmişik. Nəyi etmişiksə, Azərbaycan ərazisində etmişik, özü də elə etmişik ki, hər kəs bizim hərbi əməliyyatımıza həsəd apara bilər. Məğlub ölkə inişil başına endirilmiş “dəmir yumruq” sayəsində məruz qaldığı nokaut vəziyyətini unutmamalıdır.

Yarımillik yekunlar bir daha göstərdi ki, Azərbaycanın qüdrəti durmadan artır və bu, hərbi sahəyə də aiddir. Ordumuzun təminatı davamlı olaraq güclənir, dost ölkələrlə birgə yüksək səviyyədə hərbi təlimlər keçirilir. Silahlı Qüvvələrimiz daim ayıq-sayıqdır və ölkəmizi hər cür təhdiddən qorumaq iqtidarındadır. Buna görə də, nə qədər ki gec deyil, qoy, kapitulyant Ermənistan mənfi meyllərdən çəkinsin, altdan-altdan ocağı körükləyən bədxahlarımız isə işimizin haqq işi olduğunu yaddan çıxarmasınlar.

Cahangir Muradov,

Cəlilabad şəhər sakini,

Əməkdar mədəniyyət işçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir