Prezident İlham Əliyevin cari ilin 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanat ictimaiyyətin diqqət mərkəzindədir. Ümumiyyətlə bu səfər əlamətdar məqamlarla yadda qalıb. Belə ki, hər iki xalqın mənafeləri naminə mühüm danışıqlar aparılıb,
Qazaxıstan Prezidenti dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə bir daha təbrik edib. O, cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəsi və COP-29 sammitinin 2024-cü ildə Bakıda keçirilməsi münasibətilə təbrik edib.
Qasım-Jomart Tokayev çox dinamik inkişaf edən, yeni məzmun və birgə iri layihələrlə zəngin olan Qazaxıstan-Azərbaycan əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti Qazaxıstanla qardaşlıq əlaqələrinin möhkəmləndiyini vurğulayıb. Danışıqlar zamanı liderlər ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, mədəni-humanitar əməkdaşlıq, o cümlədən rəqəmsallaşma, ərzaq təhlükəsizliyi, bərpa olunan enerji mənbələri sahələrində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Bundan əlavə, Qazaxıstan və Azərbaycan iqtisadiyyatları üçün yeni artım nöqtələrinə çevriləcək sıçrayışlı investisiya layihələrinin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. İlham Əliyev və Qasım-Jomart Tokayev telekörpü vasitəsilə Sian şəhərindəki Qazaxıstan-Çin yeni nəqliyyat-logistika mərkəzindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Abşeron stansiyasına (Azərbaycan) konteyner bloku qatarının gəlişi mərasimində iştirak ediblər.
Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini açacağıq. Bu, həm də bizim qarşılıqlı fəaliyyətimizin və əməkdaşlığımızın simvolu olacaq”, – deyə Kasım-Jomart Tokayev bildirib. Qazaxıstan-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə mədəniyyət sahəsində sazişlərimizin həyata keçirilməsi kömək edir. Beləliklə, müqəddəs Türküstan və Şuşa şəhərləri, eləcə də Uralsk ilə Mingəçevir, Çimkənd və Gəncə arasında qardaşlaşmış şəhərlər yaradılmışdır.
Bütün bunlar şad xəbərlərdir. Əmədaşlığımız və dostluğumuz əbədi, xeyirli-uğurlu olsun!
Məmmədzadə Əliyev,
Cəlilabad RİH-nin şöbə müdiri